“Heydər Əliyev- Böyük Azərbaycanlı” mövzusunda konfrans keçirilir

“Heydər Əliyev- Böyük Azərbaycanlı” mövzusunda konfrans keçirilir

Bu gün "Gülüstan" sarayında "Heydər Əliyev- Böyük Azərbaycanlı" mövzusunda 11-ci konfrans keçirilir. SİA-nın məlumatına görə, tədbirdə Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov, Prezident Administransiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Baş nazirin müavini Əli Həsənov, Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, deputatlar və ziyalılar iştirak edir.

Tədbiri giriş sözü ilə açan Əli Əhmədov bildirib ki, Azərbaycanın müasir tarixi və onun gələcək perspektivləri, xalqın düşüncəsi bundan ibarətdir ki, bilavasitə Heydər Əliyevin adı onun müəyyənləşdirdiyi siyasət əsasını qoyduğu inkişaf konsepsiyası ilə əlaqədardır: "Heydər Əliyev böyük bir epoxadır. Düşünürük ki, Heydər Əliyev epoxası yalnız tarix deyil, daha çox gələcəkdir. Hər bir şəxsiyyətin miqyası onun xalqın tarixində oynadığı roldan asılıdır."

Daha sonra Baş nazirin müavini Əli Həsənov çıxışı zamanı deyib ki, Heydər Əliyev milli kadrları yerləşdirərkən tolerantlığa fikir verirdi, xüsusən onların coğrafiyasını nəzərə alırdı: "Heydər Əliyev 1969-1982-ci illərdə hakimiyyətdə olduğu illərdə Azərbaycan-Gürcüstan-Ermənistan baş katiblər arasında sərhəddə görüşlər təşkil edirdi. Bununla da bu ölkələri bir-birinə daha da yaxınlaşdırırdı. Hesab edirəm ki, biz Ulu öndərin ruhu qarşısında hesabat veririk. Məndə belə bir təsəvvür yaranır ki, dahi şəxsiyyət canlı şəkildə bizim yanımızdadır".

Hazırda Milli Məclisin Sədr müavini Ziyafət Əsgərovun çıxışı davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə