Vüqar Rəhimzadə: “Avropalı parlamentarilərin DQ-a səfəri qanunsuzdur” AÇIQLAMA
"Hesab edirəm ki, Avropalı parlamentarilərin Azərbaycanın icazəsi olmadan DQ-a səfəri qanunsuzdur və beynəlxalq hüquq normalarına zidd addımdır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Avropalı parlamentarilərin bəzi nümayəndələrinin Dağlıq Qarabağa səfər etmələrinə münasibət bildirərkən deyib.
V.Rəhimzadə deyib ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisi dünya birliyi, beynəlxalq təşkilatlar tərəfindən tanınır və birmənalı şəkildə Azərbaycanın ayrılmaz tərkib hissəsidir: "Bu, bütün BMT-dən, ATƏT-dən tutmuş dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının qərarlarında belə öz təstiqini tapır. Amma Avropalı parlamentarilərin DQ-a səfəri beynəlxalq hüququn norma və prinsiplərinə zidd addımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB