Bostonda partladılmış bombaların harada hazırlandığı bəlli oldu?

Bostonda partladılmış bombaların harada hazırlandığı bəlli oldu?

Tamerlan Tsarnayevin evində partlayıcı izləri tapılıb. SİA-nın RİA Novostiyə istinadən yaydığı xəbərdə deyilir ki, Bostonda partladılmış bombalar Tsarnayevin həyat yoldaşı və qızı ilə birgə yaşadığı evdə hazırlanıb.

Məlumatda deyilir ki, bu informasiya FTB-də sorğuda olan Tsarnayev Ketrin Rasselə münasibətdə aparılan araşdırmalara təsir edə bilər.

Araşdırmacılar hələ də Rasselin terror hücumu haqqında məlumata malik olub-olmaması haqqında danışmırlar.

Xatırladaq ki, Bostonda baş vermiş partlayışda 3 nəfər ölüb, 250 insan yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə