"Azərbaycanda azad seçkilərin keçirilməsi üçün bizim tələb etdiyimiz 3 məsələ var. Bunlar seçki komissiyalarının düzgün təşkil edilməsi, qeydiyyatın düzgün aparılması, seçkilərdə baş verən neqativ hallarla bağlı şikayətlərə baxılmasıdır". SİA-nın məlumatına görə, bunu Avropa Birliyinin genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle deyib.
O bildirib ki, Azərbaycanın hakimiyyət qurumları bu 3 şərtdən xəbərdardır: "Onlar seçkilərin düzgün aparılması üçün nə etməli olduqlarını yaxşı bilirlər. Azərbaycan hakimiyyəti cəmiyyətin maraqlarını təmin etmək üçün əlindən gələni edəcək. Azad seçkilər yalnız düzgün monitorinqlərdən və düzgün seçkilərdən ibarət deyil. Ən əsası odur ki, hakimiyyət tərəfindən seçki kampaniyası düzgün təşkil edilsin. Mən çox istərdim ki, seçkilər zamanı aparılan monitorinqlərin nəticələri ilə yaxından tanış olum".
Mətbuatda olan senzura məsələsinə toxunan komissar əlavə edib ki, media azadlığı Avropa İttifaqına üzv olan bir çox ölkələrdə narahatlıq doğuran məsələlərdəndir: "Biz bu prosesləri yaxından izləyirik. Senzura məsələlərinə görə çox narahatıq. İnternetə azad çıxışın təmin olunması və bu sahədə aparılan işlərlə bağlı bizim narahatlığımız var. Jurnalistlərin beynəlxalq aləmə inteqrasiyası üçün internetin böyük əhəmiyyəti var. Bu sahədə jurnalistlərin əməyini düzgün qiymətləndirmək lazımdır. Jurnalistlər baş verən olayları dəqiq şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırır. Bu məsələyə dövlət qurumları məsuliyyətli yanaşmalıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB