YAP rəsmisi: “Hesab edirəm ki, Rüstəm İbrahimbəyov bu böhtana görə cavab verməlidir”

YAP rəsmisi: “Hesab edirəm ki, Rüstəm İbrahimbəyov bu böhtana görə cavab verməlidir”

"Özünü ziyalı adlandıran Rüstəm İbrahimbəyovun Azərbaycan reallıqlarına, hakimiyyətinə və ölkə prezidentinə qarşı dediyi bütün sözlər başlıca olaraq böhtana və cəfəngiyyata hesablanıb". Bunu SİA-ya YAP-ın Sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov R.İbrahimbəyovun Azərbaycan-Rusiya münasibətlərinə kölgə salacaq məsələ ilə əlaqədar "Azadlıq" qəzetinə verdiyi müsahibəsinə münasibət bildirərkən deyib.

Sədr müavinin sözlərinə görə, bu, Rüstəm İbrahimbəyovun indiyədək atdığı çirkin böhtanlardan biridir: "Mən bu halı çox pis dəyərləndirirəm. Hesab edirəm ki, o bu böhtana görə cavab verməlidir. Digər bir tərəfdən Azərbaycan-Rusiya münasibətləri ilə əlaqədar biz mövqeyimizi dəfərlərlə bildirmişik. Rusiya Azərbaycanın qonşusudur və qonşuluq münasibətləri çərçivəsində iki ölkə arasında tərəfdaşlıq əlaqələri mövcuddur. Bununla belə çoxlu sayda Azərbaycan vətəndaşları Rusiyada yaşayır, eləcə də insani münasibətlər çərçivəsində iki ölkə arasında əlaqələr mövcuddur. Təbii ki, biz də bunu yüksək qiymətləndiririk. Amma təəssüflə qeyd etmək istəyirəm ki, R.İbrahimbəyov kimi azərbaycanlı adını daşıyan lakin ölkəmizə qarşı problemlər yaradan, ləkə gətirən bir insan iki ölkə arasında münasibətlərə də zərbə vurmaq, problem yaratmaq yolunu seçib. Bu insan öz niyyətinə çatmaqdan ötrü çirkin bir vasitəyə əl atıb. Bu da ölkə prezidentinə və hakimiyyətinə ağ-yalan və böhtan atmqdan başqa bir şey deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə