YAP “Heydər Əliyev: Böyük Azərbaycanlı” mövzusunda konfrans keçirəcək

YAP “Heydər Əliyev: Böyük Azərbaycanlı” mövzusunda konfrans keçirəcək

Yeni Azərbaycan Partiyası mayın 6-da "Gülüstan" sarayında Azərbaycan xalqının Ümummilli lideri, YAP-ın qurucusu Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr edilən "Heydər Əliyev: Böyük Azərbaycanlı" mövzusunda konfrans keçirəcək. SİA-nın məlumatına görə, konfransda Baş nazirin müavini Əli Həsənov, Milli Məclisin sədrinin I müavini Ziyafət Əsgərov, Milli Məclisin üzvü, BDU-nun rektoru Abel Məhərrəmov, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və MM-ın komitə sədri, Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev məruzə ilə çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə