Ramiz Mehdiyev İrana səfəri çərçivəsində iki görüş keçirib

Ramiz Mehdiyev İrana səfəri çərçivəsində iki görüş keçirib

Azərbaycan Prezidenti Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev bu gün İrana səfəri çərçivəsində iki görüş keçirib. SİA-nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, Mehdiyev İranın Ali Təhlükəsizlik Şurasının baş katibi Səid Cəlili ilə görüşüb.

İran parlamentinin rəsmi saytının yaydığı məlumata görə, Mehdiyev, həmçinin İran parlamentinin spikeri Əli Laricani ilə də görüş keçirib.

Görüşdə müzakirələrin mövzusu və təfərrüatlar haqqında məlumat verilmir.

Qeyd edək ki, Mehdiyevin İrana səfəri bu gündən başlayıb və bir sıra rəsmilərlə görüşü nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə