Millət vəkili Zahid Oruc sosial şəbəkədəki səhifəsində "Beyin Məşqləri" adlı yazı paylaşıb. SİA həmin yazını oxucularına təqdim edir:
İraq xalqı Koalisiya qoşunlarının bu öikəyə atdığı bir milyon ton bombanı unudaraq milli şüurunda yalnız Corc Buşa ayaqqabısını atan "qəhrəman" Müntəzər Əl Zeydini saxlayıb. Bütün diktaturalar yıxılandan sonra xalqın azadlığı başlayır. Səddam Hüseyndən sonra bir- birini kütləvi qətlə yetirmək azadlıgı əldə edən iraqlılar kimi..
Con Kerri yanlış olaraq tələffüz etdiyi " Kirzaxıstan" kəlməsindən sonra Amerika öz dövlət katibinin səhv etmədiyini göstərmək üçün Kirgiziya ve Kazaxıstanı birləşdirmək qərarına gəlib!
Bütün xalq sevgilərinin yekunu Marqaret Tetçerin aqibəti kimidir. Sonda yandırılıb bir ovuc külə çevrilirsən!
Liviya Cümhuriyyətinin başçısı Müəmmar Qəzzafinin qəbrinin yeri bəlli olmadığından liviyalılar bütün ölkəni qəbristanlığa çevirməyi qərara alıblar!
Vladimir Putin Vikileaksin əldə etdiyi diplomatik yazışmalarda onu "samets" adlandıran amerikalıları doğrultmaq üçün növbəti dəfə ata olub!
Çin xalqı səfərbərlik elan edib hamısı bir ağızdan asqırsalar, bu Şimali Koreyanın gənc lideri Kim Çen Irın dünyanı hədələdiyi bir nüvə silahına bərabər olar!
Bütün sevgilər yuxuya bənzəyir. Oyaq olanda " yuxu" görülməz ki...
Sabahınızı yaşamadan onu dünənə çevirməyin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB