YAP-ın Sədr müavini Əli Əhmədov təşkilat sədrləri ilə görüş keçirib FOTO - YENİLƏNİB
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi Əli Əhmədov YAP Nizami rayon təşkilatında ərazi ilk təşkilat sədrləri ilə görüş keçirib. SİA-nın xəbərinə görə, görüşdə YAP-ın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov və digər qonaqlar iştirak edib.
Tədbirdə çıxış edən icra katibi Əli Əhmədov Azərbaycanın günü-gündən artan iqtisadi və hərbi qüdrətindən, respublikamızın bu gün regionun ən güclü dövləti olmasından, bu sahədə ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin əvəzsiz xidmətlərindən danışıb
Sədr müavini bildirib ki, bu gün YAP-ın hər bir üzvü Prezident İlham Əliyevin Azərbaycanın modernləşdirilməsi istiqamətində yürütdüyü siyasəti tam dəstəkləyir. Bunun üçün də partiya üzvləri qlobal transformasiyaların, mürəkkəb geosiyasi və geoiqtisadi meyllərin müşahidə olunduğu bir zamanda Azərbaycana qarşı edilən virtual və siyasi hücumların mövcudluğu şəraitində dövlətçiliyimizin əsaslarının dərk edilməsində və onun müdafiəsində daha fəal olmalıdırlar.
Bu gün öz sıralarında 600 min nəfərədək üzvü birləşdirən YAP-ın artıq ölkədə böyük siyasi qüvvə olduğunu deyən Əli Əhmədov vurğulayıb ki, partiyanın hər bir üzvü bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində fəal iştirak etməlidir.
Prezident seçkilərinə də toxunan Əli Əhmədov çıxışında, bu il keçiriləcək seçkilərdə YAP üzvlərinin üzərinə mühüm vəzifələrin düşdüyünü, onların hamısının yekdilliklə İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan edib: "Məhz İlham Əliyevin prezident kimi 10 illik fəaliyyəti dövründə Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında özünə layiqli yer tuta bilib. Bu dövrdə bütün sahələrdə dinamik inkişaf təmin edilib, əhalinin həyat səviyyəsi xeyli yaxşılaşıb. Növbəti 5 ildə də İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müsbət dəyişiliklər baş verəcək".
Daha sonra tədbir KİV-in iştirakı olmadan davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB