Cənub gəncləri “Region gəncləri Ulu Öndər Heydər Əliyev irsini öyrənir” layihəsində işrirak etdilər
Bu gün cənub bölgəsinin gəncləri Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar keçirdiyi "Region gəncləri Ulu Öndər Heydər Əliyev irsini öyrənir" layihəsində iştirak ediblər. SİA-nın verdiyi xəbərə görə, gənclər ilk olaraq Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
.jpg)
YAP Cəlilabad rayon GB-nin sədri Anar Abdullayev:
Bizim gəlişimizin əsas məqsədi Ümummilli lider Heydər Əliyev yaradıcılığının öyrənilməsi ilə yanaşı fəaliyyətimizin daha da genişləndirilməsi və düzgün istiqamətə yönləndirilməsindən ibarətdir. Ümumiyyətlə, ulu öndər Heydər Əliyev irsini nəinki Azərbaycan gəncləri, o cümlədən bütün dünya gəncləri öyrənməlidir. Çünki ulu öndər dünyada ən böyük siyasətçilərdən biridir. Buna görə də bu dahi şəxsiyyətin irsini hər bir kəs dərindən öyrənməlidir. Biz gənclər olaraq qarşıdan gələn prezident seçkilərində fəal iştirak edəcəyik. Partiyamızın sədri, cənab prezidentimiz İlham Əliyevin yenidən ölkə rəhbəri olması üçün əlimizdən gələni əsirgəməyəcəyik.
YAP Şirvan şəhər GB-nin sədri Fəxrəddin Bağırov:
Ulu öndər Heydər Əliyev 50 milyonluq dünya azərbaycanlılarının lideridir. Azərbaycan gəncliyi Ümummilli liderimiz Heydər Əliyevin ideyaları və irsini dərindən mənimsəməlidir. Gənclərimiz bu layihə çərçivəsində Ulu Öndərin ideyaları, həyat və fəaliyyəti ilə yaxından tanış olurlar. Düşünürəm ki, bu layihə region gənclərini bir-birinə daha da yaxınlaşdıracaq.
Sonra layihə iştirakçıları Şəhidlər Xiyabanına gələrək Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.
YAP Fizuli GB-nin sədri Turan Nəbiyev:
Gənclər üçün bu şəraiti yaratdıqlarına görə, gənclər adından rəhbərlərimizə öz təşəkkürümüzü bildiririk. Bu kimi layihələrin gənclərin bir araya gəlməsində, bir-birlərini yaxşı tanımasında mühüm əhəmiyyəti var. Biz yaşadığımız rayona qayıtdıqdan sonra bu barədə gənclərimizə açıqlamalarımızı verəcəyik .
YAP Lerik rayon GB sədri Zamiq Əhədov:
Gənclər bu gün bir araya gələrək ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini öyrənirlər. Bununla yanaşı biz bu gün Fəxri Xiyabana gedərək Ulu öndərin məzarını ziyarət etdik. Göstərilən diqqət və qayğıya görə bütün gənclərimiz dövlətimizdən razıdır. Çünki heç bir gəncimiz diqqətdən yayınmayıb. Hər zaman ölkə başçısı İlham Əliyevin ətrafında sıx birləşmişik. Bundan sonra da onun yürütdüyü siyasəti dəstəkləyəcəyik.
Daha sonra gənclər Heydər Əliyev Fondunda olublar. Ziyarətçilərə Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Fond Ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə köməklik göstərir. Gənclər Ulu öndər Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatlara baxıblar. Onlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə tamaşa ediblər. Ziyarətçilər Ümummilli lider Heydər Əliyevin ömür yolundan bəhs edən sənədli filmə də baxıblar.
Bundan sonra isə gənclər Heydər Əliyev Mərkəzi ilə tanış olublar, onlara mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Layihənin davamı olaraq Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovla görüşəcəklər. Görüşdə gənclərə Ümummilli lider Heydər Əliyevin irsi ilə əlaqədar geniş məlumat veriləcək. Diskussiya formasında qarşılıqlı fikir mübadiləsi aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB