Mirhəsən Həsənov: “Çernobılçıların 95 faizi əlillik dərəcəsi ilə təmin olunub” AÇIQLAMA
"Bizim əsas prioritet məsələlərimizdən biri Çernobıl əlillərinə və onların ailə üzvlərinə müəyyən güzəştlərin şamil olunmasını və bu istiqamətdə ardıcıl olaraq işlərin davamlı təşkilini reallaşdırmaqdır". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə Azərbaycan Çernobıl Əlilləri İttifaqının sədri Mirhəsən Həsənov Çernobıl əlilləri və onların ailə üzvlərinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışarkən deyib.
M.Həsənovun sözlərinə görə, son illərdə ölkəmizdə Qarabağ əlilləri, şəhid ailələri üçün inşa olunan binalar və bu binalarda bir neçə Çermobıl əlillərinin də mənzil şəraiti ilə təmin olunması onların bir qism problemlərinə yardımçı olub: "Bu da təbii ki, cənab prezident İlham Əliyevin həmin insanlara olan diqqət və qayğısının bariz göstəricisidir. Hazırda 5100 nəfər yaxın Çernobıl əlili vardır ki, onların da 95 faizi əlillik dərəcəsi ilə təmin olunub".
Çernobıl əlillərinə və onların ailə üzvlərinin probleminə gəlincə, Çernobıl Əlilləri İttifaqının sədri deyib ki, bu gün onların əsas problemi özlərinin və övladlarının səhhəti ilə bağlıdır ki, bu da artıq ciddi şəkildə özünü büruzə verməyə başlayır: "Biz də təbii ki, bu kimi hallara qarşı daha ciddi mübarizə aparmalıyıq. Həmin insanlar və onların övladları daim diqqət mərkəzində olmalı, sağlamlığı istiqamətində işlər aparılmalıdır. Təsəvvür edin 1986-cı ildən ötən müddət ərzində anadan olan Çernobılçıların xəstə doğulmuş övladlarınının bu gün yaşlarına nəzər salsaq görərik ki, 20-24-25 və yaxud 14-18 yaşlarında olan gənclərdir. Onların vəziyyətləri dövlət qurumları tərəfindən ciddi təhlil olunmalıdır ki, gələcəkdə onların səhhətində hər hansı bır ağırlaşma hiss olunduqda dərhal bunun qarşısı alınsın və onun geniş şəkildə vüsət almasına imkan verilməsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB