Asəf Hacıyev: “Başa düşə bilmirəm ki, Azərbaycan prezidentinin bəyanatları önəmlidir yoxsa...
"Ermənilərin Əkrəm Əylislinin "Daş Yuxular" əsərini tarixi həqiqət kimi dünyaya bəyan etməsi absurd bir məsələdir". Bunu SİA-ya millət vəkili Asəf Hacıyev "Avronest" Parlament Assambleyasının (PA) Vahan Ovanesyanın "soyqırım" məsələsini yazıçı Əkrəm Əylisli açıq şəkildə yazıb, Azərbaycan isə indi ona bunu yazdığı üçün hücum edir sözlərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycanın qətiyyətlə atdığı addılmara görə ermənilər başlarını itiriblər: "Azərbaycan xalqı hər zaman deyir ki, ermənilər azərbaycanlılara qarşı soyqırım həyata keçiriblər. Ermənistan bunu nə üçün qəbul etmir? Erməni dövlətinin nümayəndələri başlarını itirib. Bu da çox təbiidir. Çünki ölkə ağır vəziyyətdədir, iqtisadi böhran baş alıb gedir. Bütün bunlar onun nəticəsidir ki, boş şeylərdən yapışaraq əhalinin fikrini həmin problemlərdən uzaqlaşdırmağa çalışırlar. Ümumiyyətlə Ə.Əylisli kimidir? Başa düşmürəm o bu ölkənin rəhbəridir? Yoxsa onun dedikləri Azərbaycan xalqının istəyidir? Əlbəttə yox, bu şəxs düşmən dəyirmanına su tökən, üzdən iraq bir insandır".
Millət vəkili bildirir ki, Azərbaycanın düşmənləri yalnız ermənilər yox, eyni zamanda daxildəki ermənilərdir: "Ümumiyyətlə Azərbaycanın düşmənləri çoxdur. Azərbaycanın düşmənləri yalnız ermənilər deyil. Daxildəki düşmənlərimiz də ermənilər kimi əllərinə düşən fürsətdən Azərbaycanın milli və dövlət maraqlarına qarşı istifadə etməyə çalışırlar. Bir daha bildirmək istəyirəm ki, düşmənlərimizin söylədikləri fikirlərin kökündə heç bir əsas yoxdur. Bu mənasız bir faktdır. Heç bir əsası olmayan bir əsəri "Avronest" PA-da müzakirə etmək real həqiqətlərdən yayınmaqdır. Onlar nə üçün Azərbaycan prezidentinin, Milli Məclisinin dəfələrlə verdikləri bəyanatları müzakirə etmirlər? Başa düşmürəm Azərbaycan prezidentinin bəyanatları önəmlidir yoxsa hansısa bir yazıçının ağlına gələnləri yazması? Bunları ermənilərə demək lazımdır. Azərbaycan tərəfi olaraq ciddi sənədləri, siyasi sənədləri müzakirə etməyə hər zaman hazırıq. Kimsə bir roman yazıbsa onu əldə bayraq etmək boş şeydir. Bunlara qeyri-ciddi yanaşıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB