Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin ofisində qərb bölgəsindən olan gənclər Milli Məclisin sədr müavini Bahar Muradova ilə görüşüblər. SİA-nın verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan YAP GB-nin sədri Seymur Orucov bildirib ki, hər bir Azərbaycan gənci üçün Milli Məclisin vitse-spikeri Bahar Muradoyadan ulu öndərimiz Heydər Əliyevlə bağlı xatırələrini eşitmək maraqlı olardı. Çünki uzun müddət, partiyamız yaranan zaman Bahar xanım ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın düşdüyü çətin vəziyyətdən çıxarılmasında böyük fədakarlıq nümayiş etdirən insanlardan biridir.
Çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova görüş çərçivəsində gənclərə Ümummilli lider Heydər Əliyevin irsi ilə əlaqədar geniş məlumat verib. Ümummilli liderimizlə bağlı xatirələrini gənclərə çatdırıb: "Yeni Azərbaycan Partiyası çox çətin bir tarixi şəraitdə yarandı. Partiyanın ideya müəllifi olan ulu öndər Heydər Əliyevin fəaliyyəti Azərbaycan cəmiyyətinin müasirləşməsinə ciddi təkan verdi. Ulu öndər hər zaman Azərbaycanlı olması ilə fəxr edərdi. Ulu öndər Azərbaycanın müstəqilliyini əlindən almaq istəyən qüvvələrə qarşı ciddi cəhdlə mübarizə apardı və buna nail oldu. Heydər Əliyevin yaratdığı iqtisadi model bu gün uğurla həyata keçməkdədir. Bu gün ulu öndərin ideyalarından ilham alan Azərbaycan gəncliyi şər qüvvələrə qarşı mütərəqqi ideya ilə silahlanıblar. Məhz gənclərimiz Azərbaycanı irəli aparacaq ən böyük qüvvədir. Bu yolda hər birinizə uğöurlar arzulayıram".
Daha sonra gənclərlə Bahar Muradova ilə səmimi diskussiya formasında qarşılıqlı fikir mübadiləsi aparıldı. Gənclər öz təkliflərini, problemlərini Bahar Muradovaya çatdırıb. Öz növbəsində Milli Məclisin sədr müavini gənclərin problemləri və təklifləri ilə yaxından maraqlandı. Onların həyata keçməsi üçün səy göstərəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB