Azərbaycanda sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və ya itirilməsinə görə tətbiq olunan cəza ləğv edilir. SİA-nın xəbərinə görə, bununla bağlı Milli Məclis yaxın günlərdə İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişiklik ediləcək. Belə ki, İXM-də 154.4-cü maddə bütünlüklə ləğv olunacaq.
Qeyd edək ki, sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və ya itirilməsinə görə 40 manat miqdarında cərimə nəzərdə tutulurdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB