Sabah "Yeni Azərbaycan" qəzetinin 20 illik yubileyi qeyd ediləcək. SİA-nın məlumatına görə, 1993-cü ilin aprelin 10-da ilk nüsxəsi çapdan çıxan qəzet hər zaman öz ənənənələri ilə seçilib və ölkə mətbuatına nümunə olmaqla yanaşı Azərbaycan ictimaiyyətinin, oxucularının geniş auditoriyasına çevrilib. Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi orqanı olan, Ulu öndər Heydər Əliyevin ideya-siyasi xəttinin ictimaiyyətə çatdırılmasında əvəzsiz xidmətləri olan "Yeni Azərbaycan" qəzetinin 20 illik yubileyini təbrik edənlər arasında bu mətbu orqanın öz kollektivi də var:
Aqşin Şahinoğlu - "Yeni Azərbaycan" qəzetinin şöbə redaktoru: "Mən 11 ildir ki, "Yeni Azərbaycan" qəzetində çalışıram. Bu qəzetdə fəaliyyət göstərmək və bu mətbu orqan vasitəsilə böyümək mənim üçün daha xoşdur. Bu illər ərzində "Yeni Azərbaycan" qəzetinin çox böyük nailiyyətləri olub. Azərbaycan ictimai-siyasi fikrinin, ölkə mətbuatının formalaşmasında bu qəzetin böyük xidmətləri olub. Hər halda bu gün cəmiyyətin müxtəlif təbəqələrinin, oxucularımızın auditoriyasının getdikcə genişlənməsi bu fikri bir daha təsdiqləyir. İnşallah növbəti illərdə qəzetimizin uğurları daha da artacaq. Bizim uğurlarımız Azərbaycan mətbuatının uğurları ilə paralel şəkildə artır".
.jpg)
Nadir Azəri - "Yeni Azərbaycan" qəzetinin şöbə redaktoru: "Mən ilk dəfə məqalə yazmağa başalayarkən tale elə gətirdi ki, 1996-97-ci illərdə yazılarım "Yeni Azərbaycan" qəzetində dərc olundu. O zaman bu qəzetlə aktiv əməkdaşlıq edirdim. Beynəlxalq siyasət, gənclər siyasətinə və s. dair müxtəlif yazılarla çıxış etdim. Sonralar isə bir müddət digər qəzetlərdə çalışdım. Amma 2008-ci ildə tale elə gətirdi ki, mən yenidən "Yeni Azərbaycan" qəzeti ilə əməkdaşlığımı bərpa etdim. 2009-cu ildən isə bu mətbu orqanda şöbə redaktoru vəzifəsində çalışıram. Bu gün biz YAP-ın rəsmi orqanı olan, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu qəzetin 20 yaşını qeyd edirik. Bu, şərəfli, məsuliyyətli və bizim üçün qürurverici bir tarixdir. Yəni istənilən tarixin bir iştirakçısı olmaq hər bir insan üçün fəxrdir. Biz bu şərəfi duymaqla yanaşı eyni zamanda üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışırıq".

Nardar Bayramlı - "Yeni Azərbaycan" qəzetinin müxbiri: "Yeni Azərbaycan" qəzeti ilə 15 ildir ki, əməkdaşlıq edirəm. Bu qəzetlə əməkdaşlığım sayəsində ən yadda qalan amil isə qəzetin inkişafı ilə bağlı olub. Biz daimi olaraq nailiyyətlər qazananda, müxtəlif nominasiyalı mükafatlara layiq görüləndə çox sevinirik".
.jpg)
Nurlan Qələndərli - "Yeni Azərbaycan" qəzetinin müxbiri: "Mən 2009-cu ilin iyun ayından "Yeni Azərbaycan" qəzetində çalışıram. İlk olaraq peşə fəaliyyətimə də məhz bu qəzet vasitəsilə başlamışam. Fəaliyyət göstərdiyim dörd il ərzində kollektivin həm səmərəli iş mühiti həm peşəkar əməkdaşlarımızın olması bizim də iş təcrübəmizin artmasına gətirib çıxarıb. Sevindirici haldır ki, bu gün "Yeni Azərbaycan" qəzeti Azərbaycan mətbuatının lokomotivlərindən biri kimi çıxış edir. Bizim fəaliyyətimiz həqiqətən də kolektivin hər bir üzvünə müsbət təsir edir. Mən qəzetimizin kollektivinin hər bir üzvünü 20 illik yubileyimiz münasibətilə təbrik edirəm və əməkdaşlarımıza öz fəaliyyətlərində daimi yeni yaradıcılıq uğurları arzulayıram".
.jpg)
Pərviz Sadayoğlu - "Yeni Azərbaycan" qəzetinin müxbiri: "Mən isə 2008-ci ildən "Yeni Azərbaycan" qəzetində müxbir vəzifəsində çalışıram. Bu qəzet Azərbaycan mətbuatında bir sıra özəllikləri ilə seçilən mətbu orqan olub. Bunlardan ən əsası odur ki, "Yeni Azərbaycan" qəzeti artıq böyük bir ailədir. Bu baxımdan adı çəkilən qəzetdə hər bir şəxsin əldə etdiyi uğur bütün kollektivin uğuru kimi qəbul olunur. Bu gün "Yeni Azərbaycan" qəzeti Azərbaycan mətbuatının klassik ənənələrini özündə əks etdirir. Təbii ki, bu bizi bir daha sevindirir".
.jpg)
Hülya Məmmədli - "Yeni Azərbaycan" qəzetinin müxbiri: "Yeni Azərbaycan" qəzeti ilə 4 ildir ki, əməkdaşlıq edirəm. Mənim həyatda ən böyük uğurum bu mətbu orqanda çalışmağım oldu. İlk jurnalist fəaliyyətimi də elə məhz bu qəzet vasitəsilə reallaşdırmışam. Hesab edirəm ki, bura insanın yaradıcı qabiliyyətinin, bacarığının inkişafı üçün çox böyük bir məktəbdir".
.jpg)
Səlim Balayev - "Yeni Azərbaycan" qəzetinin kommersiya üzrə direktoru: "Mən bu 20 ilin son 7 ilini "Yeni Azərbaycan" qəzeti ilə əməkdaşlığa sərf etmişəm. Onu deyə bilərəm ki, əməkdaşlıq etdiyim qəzet bu gün nəinki ictimai siyasi qəzet kimi, həm də iş adamlarının ən sevimli mətbu orqanı kimi sevilir. Burada iqtisadiyyata dair çoxlu yazılar dərc olunur. Sevinirəm ki, bu gün adı çəkilən qəzet ölkənin reklam bazarında ilkin pillədə qərarlaşıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB