Serj Sarkisyan and içdi

Bu gün İrəvanda Ermənistan prezidenti Serj Sarkisyanın andiçmə mərasimi keçirilib. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Karen Dəmirçyan idman-konsert kompleksində keçirilən mərasimdə S. Sarkisyan çoxsaylı xarici qonaqlar və deputatlar qarşısında ölkə Konstitusiyası və "İncil" üzərinə əl basaraq növbəti beş il müddətində Konstitusiyanın bütün müddəalarını yerinə yetirməyə, insan və vətəndaş haqqlarına hörmətlə yanaşmağa, xalqa xidmət etməyə və Ermənistanın ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etməyə söz verib.

Ermənilərin katolikosu II Qaregin S. Sarkisyana xeyir-dua verib.

Bütün xəbərlər Facebook səhifəmizdə