"Hansı halda Azərbaycan gənci Əli Kərimlinin yanında ola bilər?" MÜNASİBƏT
"Əli Kərimlinin gənclər bizim ətrafımızdadır və çoxluq təşkil edirlər deməsi təxribat xarakterli ismarıclardır". Bunu SİA-ya açıqlamasında Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərov deyib. Sədr bildirib ki, Əli Kərimlinin ətrafında olan gənclər daima müxalifət partiyasının ştatında olan 10-15 nəfərdir: "Lakin onlar cüzi sayda gəncin onların ətrafında olmasını bütün gənclərin dəstəyi kimi qələmə verirlər. Təbii ki, bu heç də elə deyil. Azərbaycan gənclərinin bu gün onların yanında olması üçün onların heç bir keyfiyyəti, bacarığı və qabiliyyəti, ümumilikdə isə haqlı düşüncəsi yoxdur. Əgər Azərbaycan dövləti öz gəncliyinə qayğı göstərirsə, onun xaricdə təhsili üçün təhsil proqramı həyata keçirirsə, ölkə daxilində gənclərin inkişafına yönələn çoxsaylı layihələr həyata keçirirsə, dövlət qurumları, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dəstək Şurası və bu kimi qurumlar vasitəsilə gənclərə dəstək göstərilirdə hansı halda Azərbaycan gənci Əli Kərimli kimilərinin yanında ola bilər? Gənclərin müxalif mövqedə olması qeyri- labüddür. Müxalifət daha çox sosial şəbəkələrə meyl edir ki, bəlkə gəncləri öz ətrafında toplaya bildi. Lakin bu effekti olmayan bir siyasətdir. Təbii ki, hər bir Azərbaycan gənci azərbaycançılıq siyasətini, onun dövlətçiliyini dəstəkləyəcək".
Asif Əsgərov bildirib ki, daha öncə də bu məsələ ilə bağlı bəyanatlar səsləndirilib: "Əvvəllər də bu məsələ ilə bağlı təşkilat olaraq bəyanat yaymışıq. Bildirmişik ki, müxalifət düşərgəsinin bu kimi çıxışları məhz seçki ili ilə əlaqədardır. Xarici maliyyə resurslarının vəsaitləri hesabına antimilli qüvvələr bu kimi çağırışlar edərək qarşısına məqsəd qoyublar ki, seçki ilində ictimai siyasi asayişi, ölkədə yaranan sabitliyi pozsunlar, gənclərdən isə bu kimi qeyri-qanuni fəaliyyətlərdə istifadə etsinlər. Digər məqsədləri isə seçki ilində demokratik vəziyyətə, seçki mühitinə kölgə salmaqdır. Təşkilat olaraq biz bunları pisləyirik, gənclərə də səslənərək bildirmək istəyirik ki, dövlətin imicinə zərbə vurmağı qarşısında məqsəd qoymuş bu insanların yanında olmasınlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB