"Azərbaycan Prezidentinin 1998-ci ilin mart ayında imzaladığı Fərman ilə Bakı şəhərində, həmçinin, müxtəlif bölgələrdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın tarixi, 31 mart Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunmağa başlayıb. O da qeyd olunmalıdır ki, həmin Fərmana qədər biz 31 mart soyqırımı barədə yalnız elmi söhbətlər edirdik. Ancaq 1998-ci ildə imzalanan bu sənəddən sonra 31 mart soyqırımı dövlət səviyyəsində müzakirə edilməyə başlandı. Bu isə 31 mart soyqırımının dünyaya çatdırılması üçün bizim əlimizdə çox ciddi əsasa çevrildi!". Bu fikirləri Milli Məclisin deputatı, tarix elmləri doktoru Fəzail İbrahimli deyib.
F.İbrahimli bildirib ki, hər il 31 mart Azərbaycanlıların soyqırımı gününün dövlət səviyyəsində qeyd edilməsinin böyük əhəmiyyəti var. Onun sözlərinə görə, xalqımıza qarşı soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlanılıb.
"Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə də böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi hər zaman davam etdirilir. Belə bir fəaliyyətin nəticəsidir ki, 31 martın soyqırımı günü kimi qəbul olunması barədə artıq ABŞ ştatları da qərarlar qəbul edirlər. İlk belə qərar 2012-ci ildə Nyu York Əyalət Məclisində qəbul olunub. Bu günlərdə isə ABŞ-ın Nyu Cersi ştatının Əyalət Məclisi 1918-ci il soyqırımını tanıyıb. İnanıram ki, bu, davamlı xarakter alaraq, erməni xislətinin, erməni vəhşiliyinin, torpaqlarımıza təcavüzün dünyada daha da tanıdılmasına xidmət edəcək"- deyə, F.İbrahimli vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB