CAR 31 Mart soyqırımı ilə bağlı bəyanat yayıb

CAR 31 Mart soyqırımı ilə bağlı bəyanat yayıb

Azərbaycan Respublikasının Cənubi Afrika respublikasındakı səfirliyi 31 Mart azərbaycanlıların soyqırımı gününün növbəti ildönümü ilə əlaqədar bəyanat yayıb. Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) SİA-ya verilən məlumata görə, bəyənatda soyqırımın tarixi və ağır nəticələri haqda geniş məlumat verilib. 31 Mart azərbaycanlıların soyqırımı haqda ümumi məlumatın əks olunduğu bəyanatda həmçinin, Ermənistan-Azərbaycan münaqişəsi zamanı Xocalı soyqırımının baş verdiyi vurğulanıb və bu münaqişənin bugünədək öz həlli yolunu tapmadığı bildirilib.

Həmçinin, bəyanat CAR-da fəaliyyət göstərən Azərbaycan Dostları qeyri-hökumət təşkilatının rəsmi internet səhifəsində yerləşdirilib. İnternet səhifəsində azərbaycanlıların soyqırımı haqda materiallara dair linklər göstərilmiş, o cümlədən Azərbaycan respublikasının prezidentinin İşlər İdarəsinin prezident kitabxanasının E-kataloqunda bu hadisəyə aid yerləşdirilmiş ingilis dilli materiallara linklər verilib.

Bəyanatın sonunda münaqişənin həlli ilə bağlı beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzünə qarşı qəti və güclü mövqedə dayanmağa çağırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə