Erməniləri qəzəbləndirən özlərinki oldu

Erməniləri qəzəbləndirən özlərinki oldu

Ermənistanın İsveçrədəki səfiri Şarl Aznavurunun hərəkəti hamını təəccübləndirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, o, soyqırım sözünə tüpürmək istədiyini deyib. İsveçrənin RTC kanalının jurnalistləri ilə söhbətində Aznavur deyib ki, Türkiyənin 1915-ci il hadisələrini tanıması və soyqırım sözü onun vecinə də deyil.

Bu açıqlamadan dərhal sonra erməni mətbuatında keçmiş fransız şansonun bəyanatına reaksiyalar verilməyə başlanıb. Erməni mətbuatı qeyd edir ki, Ermənistan erməni xalqına qarşı törədilən və 100 illiyini qeyd etməyə hazırlaşdıqları hadisələrin etiraf edilməsi mübarizəsinin məğzini anlamayan adamı öz nümayəndəsi edib. Başqaları isə Aznavurun soyqırım sözünün terminalogiyasını təhrif etdiyini düşünür.

Ermənistan rəhbərliyinin uydurma soyqırımın 100 iliyini təmtəraqla qeyd etmək niyyəti dayanmadan öz tarixi torpaqlarını tərk edən erməniləri birləşdirmək, bir müddətə də olsa, əhalinin üzərinə düşən iqtisadi yükü, işsizliyi, qiymət artımını, maliyyə çatışmazlığından diqqəti yayındırmaq cəhdidir. Bunun üçün hər şey edilir - qədimilik, erməni xalqının istisnalığı, eləcə də onların iztirabları. Bir sözlə "bizimlə ağlayın", "bizim kimi ağlayın", "bizdən daha yaxşı ağlayın" formasında böyük bir şou hazırlanır. Aydındır ki, Şarl Aznavur belə soyqırıma tüpürmək istədiyini deyəndə bunu nəzərdə tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə