Gürcüstanın xarici işlər naziri Azərbaycana gəlir

Gürcüstanın xarici işlər naziri Azərbaycana gəlir

Gürcüstanın xarici işlər naziri Maya Pancikidze Azərbaycana gəlir. SİA-nın məlumatına görə, martın 18-də başlayacaq iki günlük rəsmi səfər çərçivəsində Maya Pancikidze Azərbaycan rəsmiləri ilə görüşəcək.

Maya Pancikidzenin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla da görüşü planlaşdırılıb. Hər iki ölkənin xarici siyasət idarəsinin nazirləri mətbuat konfransı da keçirəcəklər. M. Pancikidzenin Azərbaycan mediasının nümayəndələri ilə də görüşü nəzərdə tutulub.

Pancikidze həmçinin terrorla mübarizə mövzusunda Bakıda təşkil olunacaq beynəlxalq konfransda da iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə