"Səhiyyəyə ayrılan büdcə vəsaiti son 10 ildə 12,5 dəfədən çox artırılıb, 500-ə yaxın səhiyyə müəssisəsi tikilib və əsaslı təmir olunub. Bunun və digər amillərin təsiri nəticəsində orta ömür müddəti əhəmiyyətli dərəcədə artıb, körpə və ana ölümü göstəriciləri kəskin azalıb". SİA-nın məlumatına görə, bunu baş nazir Artur Rasizadə Nazirlər Kabinetinin illik hesabatını təqdim edərkən deyib.
Baş nazir həmçinin vurğulayıb ki, təkcə keçən il Proqramda nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinə 4,7 milyard manat, 2009-2012-ci illərdə isə 16 milyard manatdan artıq vəsait xərclənib ki, bu da birinci Dövlət Proqramının bütövlükdə icrasına yönəldilən vəsaitdən 2,4 dəfə çoxdur: "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına ümumilikdə 2,1 milyard manatdan artıq vəsait sərf edilib. Proqramda nəzərdə tutulan qaz, su, enerji təminatı, istilik sistemlərinin yenidən qurulması, qəsəbələrarası yolların, sosial infrastruktur obyektlərinin tikilməsi və ya təmir edilməsi ilə bağlı əhəmiyyətli işlər görülüb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB