İki ölkə arasında bəyannamə imzalandı

İki ölkə arasında bəyannamə imzalandı

Martın 11-də Azərbaycan və Xorvatiya arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi imzalanıb. SİA-nın xəbərinə görə, Bəyannaməni Azərbaycan prezidenti İlham Əliyev və Xorvatiya prezidenti İvo Yosipoviç imzalayıblar.

Daha sonra Azərbaycan prezidenti İlham Əliyev və Xorvatiya prezidenti İvo Yosipoviç martın 11-də Zaqreb Bəyannaməsinin imzalanma mərasimindən sonra mətbuata bəyanatlarla çıxış ediblər. Prezidentlər hər iki ölkənin mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə