Azay Quliyev: “Hesabatlar qərəzli və qeyri-şəffafdır”

Azay Quliyev: “Hesabatlar qərəzli və qeyri-şəffafdır”

"Azərbaycanla bağlı bir sıra beynəlxalq təşkilatlar, xüsusilə beynəlxalq qeyri hökumət təşkilatları davamlı olaraq qərəzli hesabatlar hazırlayırlar". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib.

Onun sözlərinə görə, bu hesabatların informasiya mənbələri qərəzli və qeyri-şəffafdır: "Beynəlxalq QHT-lərin hazırladığı hesabtlarla bağlı müxtəlif fikirlər və rəylər səsləndirilir. Təəssüflər olsun ki, bu hesabatlar hazırlanan zaman tam şəkildə obyektivliyə əməl olunmur. Hesabatların informasiya mənbələri bütövlükdə qərəzlidir. Çünki infromasiyalar birtərəfli qaydada əldə olunur. Həm də bu məlumatlar problemin həllinə yox, Azərbaycan haqqında mənfi rəy yaratmağa, müəyyən mənada təzyiqlər edilməsinə rəvac yaratmağa xidmət edir. Belə hesabatların hazırlanmaması üçün çalışırıq ki, beynəlxalq qeyri hökumət təşkilatları ilə Azərbaycanda fəaliyyət göstərən QHT-lərin əlaqələrini inkişaf etdirək".

Bütün xəbərlər Facebook səhifəmizdə