Rusiya bütün təxribatların sifarişçisidir

Asim Mollazadə: "Rusiyanın belə addımlar atmasına səbəb Sovet İttifaqını hansısa formada bərpa etməkdir"
Rusiya bütün təxribatların sifarişçisidir

Müstəqilliyini çoxdan itirən Ermənistan Rusiyanın hərbi forpostudur. Buna görə də Ermənistan tərəfindən həyata keçirilən təxribatçı addımlarda Rusiyanın təsiri görünməkdədir. Bunu SİA-ya açıqlamsında Demokratik İslahatlar Partiyasının sədri (DİP), millət vəkili Asim Mollazadə Rusiyanın MDB məkanındakı münaqişələrin siyasi-diplomatik həlli üçün fəal rol oynayacağına dair xarici siyasət konsepsiyasını elan etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan tərfinin arxalandığı Rusiya bütün təxribatçı addımların birbaşa sifarişçisidir: "Rusiyanın belə addımlar atmasına səbəb Sovet İttifaqını hansısa formada bərpa etməkdir. Ermənilər tərəfindən həyata keçirilən təxribatlar da bilavasitə bununla bağlıdır".

Millət vəkili Ermənistan tərfinin hər addımda Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə hədələməsinə də münasibət bildirib: "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı deyilən bir qrum yoxdur. Rusiya silahlı qüvvələri və Ermənistanda yerləşən nəhəng hərbi bazası var. Rusiya hərbi bazasının əsasında Ermənistan silahlı qüvvələri durur. Ermənistanın ordusu da, onun təchizatı da bilavasitə Rusiyanın maraqları ilə sıx bağlıdır. Rusiya Ermənistanın iqtisadiyyatını heç bir yatırım etmədən özəlləşdirib. Ermənistan artıq müstəqil dövlət deyil. Hər hansı bir müstəqil qüvvələri də yoxdur. Çünki bu qüvvələr Rusiyanın nəzarətindədir".

Bütün xəbərlər Facebook səhifəmizdə