Prezidentə 24 il həbs cəzası verildi

Prezidentə 24 il həbs cəzası verildi

Bişkek şəhər hərbi qarnizon məhkəməsi Qırğızıstanın sabiq prezidenti Kurmanbek Bakiyevə öz iştirakı olmadan cəzasını gücləndirilmiş rejimdə çəkməklə və əmlakı müsadirə olunmaqla 24 il müddətinə həbs cəzası kəsib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, məhkəmənin qərarı ilə K. Bakiyevin kiçik qardaşı, Qırğızıstan prezidenti mühafizə xidmətinin keçmiş rəhbəri Janış Bakiyevə isə əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası verilib.

Xatırladaq ki, Kurmanbek Bakiyev 2010-cu il aprelin 7-də çevriliş nəticəsində ölkədən gedib. Artıq üçüncü ildir ki, Belorusda yaşayır və bu ölkənin Prezidenti Aleksandr Lukaşenkonun Fərmanı ilə ona siyasi sığınacaq və vətəndaşlıq verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə