Avropa Birliyi Ermənistandakı Metsamor AES-lə bağlı narahatlığını dəfələrlə ifadə edib. SİA-nın verdiyi xəbərə görə, bu fikirləri Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia Azərbaycanda radiasiya təhlükəsizliyi üzrə yeni tvinninq layihəsinin təqdimatında deyib.
Onun sözlərinə görə, Avropa Birliyi Ermənistandakı Metsamor AES-in köhnə avadanlıqla fəaliyyət göstərdiyini və təhlükəli seysmik zonada yerləşdiyini daha əvvəllər də bildirib: "Avropa Birliyi uzun illərdir ki, Ermənistanla birlikdə bu məsələni həll etməyə çalışır. Radiasiya təhlükəsizliyi çox önəmli məsələdir. Çünki radiasiya sərhəd tanımır. Azərbaycanda nüvə obyektləri olmasa da, bölgədə bəzi ölkələr nüvə stansiyasına malikdir. Ona görə də, radiasiyanın yayılması ehtimalı var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB