Əli Əhmədov Oğuzda gənclərlə görüşüb FOTOLAR

Əli Əhmədov Oğuzda gənclərlə görüşüb FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov Oğuz rayonu Afra istirahət mərkəzində YAP-ın təşkil etdiyi "Qış məktəbi"i lahiyəsi çərçivəsində YAP Gənclər Birliyinin üzvləri ilə görüş keçirib. SİA-nın məlumatına görə, qonaqlar ilk olaraq qış məktəbi haqqında video rolik izləyib və həyata keçirilən layihələr, oyunlarla tanış olublar.

Görüşdə Əli Əhmədov Azərbaycan hökmətinin gənclərə böyük diqqət və qayğı göstərdiyini qeyd edib: "Gənclərin təhsil alması, işləməsi, istirahət etməsi, gənclərimizin qayğısız böyüməsi üçün, layiqli vətəndaş kimi yetişməsi üçün lazım olan bütün imkan və şərait yaradılıb. Yeni Azərbaycan Partiyası hökumətimizin müəyyənləşdirdiyi bu siyasətin həyata keçirilməsi üçün öz imkanları çərçivəsində bir çox layihələr həyata keçirir. Bütövlükdə hesab edirəm ki, YAP gəncləri partiyamızın gücünün, fəallığının formalaşmasında ictimai siyasi həyatda partiyamızın yaxından iştirak etməsində əhəmiyyətli bir qüvvəyə, gücə çevriliblər".

Bununla yanaşı Əli Əhmədov YAP-ın ətrafında birləşən gəncləri Azərbaycanın, Yeni Azərbaycan Partiyasının gələcəyinin təmin edilməsində öz üzərinə əhəmiyyətli bir missiyanı götürdüyünü də vurğulayıb: "YAP olaraq biz də gənclərimizin həmin missiyanı yerinə yetirməsi üçün onların hazırlanmasına lazım olan dəstəyi veririk və bundan sonra da verəcəyik. Bizim gənclərimiz gələcəyin Azərbaycanın uğurlarının təmin edilməsində əhəmiyyətli rol oynayacaqlar. Əslində Azərbaycanın gələcəyi bu gün formalaşan, yetişən, böyüyən gənclər deməkdir. Azərbaycan hökumətinin yürütdüyü siyasət, Prezidentimizin həyata keçirdiyi strategiya güman edirəm ki, Yeni Azərbaycan Partiyasının gəncləri kimi Sizlərə məlumdur. Bizim həyata keçirdiyimiz siyasətin əsas qayəsi, məqsədi insandır. İnsanların daha yaxşı firavan həyatının maraqlı və layiqli həyatının təmin edilməsindən ibarətdir. Təbii ki, bu məqsədə çatmaq üçün başlıca vəzifələrdən biri Azərbaycan iqtisadiyyatının gücləndirilməsi, iqtisadi inkişafının təmin edilməsidir".

Daha sonra YAP İcra katibi Əli Əhmədov 2013-cü ilin noyabr ayında keçiriləcək prezident seçkilərindən söz açıb və bu işdə də gənclərin xüsusi rolunun olduğunu qeyd edib. Yeni Azərbaycan Partiyasının Sədr müavini, icra katibi Əli Əhmədov gəncləri maraqlandıran suallara cavab verib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə