“Xocalıya ədalət” kompaniyası Çexiyada

“Xocalıya ədalət” kompaniyası Çexiyada

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) Avropa təmsilçiliyi və Dünya Azərbaycanlıları Konqresi (DAK) Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı 23-26 fevral 2013-cü il tarixlərində "Xocalıya ədalət" kompaniyası çəçivəsində Çexiya Respublikasında silsilə tədbirlər keçirəcək.

Mərkəzdən SİA-ya verilən məlumata görə, Çexiyanın Praqa və Brno şəhərlərində fəaliyyət göstərən Avropanın tanınmış universitetlərindən olan G.T. Massarik adına Universitet və Brno Texniki Universitetində Xocalı dinləmələri keçiriləcək. Məqsəd 1992-ci il fevralın 26-da Xocalıda Azərbaycanlılara qarşı törədilmiş soyqırım faktının dünya ictimaiyyətinə çatdırılması, erməni vəhşiliyinin nəticələri haqqında beynəlxalq aləmin məlumatlandırılması və azərbaycanlılara qarşı törədilmiş soyqırım faktlarının xarici KİV-lərdə işıqlandırılmasıdır.

Qeyd edək ki, tədbirlərdə universitetlərin professor, müəllim və tələbə heyəti ilə yanaşı, Azərbaycan-Çex diaspor təşkilatları, QHT sektorunun təmsilçiləri və KİV nümayəndələri də iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə