Xəzərin Azərbaycan sektorun yerləşən "Şahdəniz" yatağının işlənməsi layihəsinin II fazası ("Şahdəniz-II") üzrə layihələndirmə işləri başa çatdırılıb. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib.
Şirkət rəhbəri bildirib ki, artıq yaxın zamanda layihənin icrasına başlanacaq: "Layihə çərçivəsində nəzərdə tutulan bütün tikinti-quraşdırma işləri ölkə daxilində aparılacaq ki, bunun nəticəsində 15 min yüksək ixtisaslı işçi qüvvəsinə tələbat yaranacaq. 2013-2019-cu illərdə 4 yeni qazma qurğusu quraşdırılacaq və buna təxminən 4 mlrd. dollar həcmində investisiya yatırılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB