Suriya müxalifəti Bəşər Əsədlə dialoqa hazır olduğunu bəyan edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Suriya müxalifətinin lideri Muaz əl Hatib Suriya prezidenti Bəşər Əsədlə həbs edilənlərin buraxılması şərti ilə danışıqlara getməyə hazır olduqlarını bəyan edib. Muaz əl Hatib Facebook səhifəsindən verdiyi açıqlamda "Suriya rejimi ilə Qahirə, Tunis və ya İstanbulda görüşlər keçirməyə hazır" olduğunu bildirib.
Muaz əl Hatib Suriya hökuməti ilə görüşmək üçün iki əsas şərt də irəli sürüb. Onun sözlərinə görə, "Son iki ildə həbs olunan və sayları təxminən 160 min olan üsyançılar sərbəst buraxılsın. Diasporlardakı suriyalı müxaliflərin pasportları yenilənsin. Bu şərtlər daxilində ölkədə axan qanın durması üçün danışıqlara hazır olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB