Erməni xəstəliyinə tutulanların ssenarisi pozuldu

Cümşüd Nuriyev: “Leyla Yunus başda olmaqla bəzi qüvvələrin təxribatına getmək lazım deyil”
Erməni xəstəliyinə tutulanların ssenarisi pozuldu

Qərbin və Azərbayacanda bəzi erməni əsillilərin İsmayıllıdakı təxribatı baş tutmadı. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, Ermənistan çalışır ki, Azərbaycanın başını qarşıdakı prezident seçkilərinə qədər məişət problemləri ilə qatsın: "Belə təxribatlar həyata keçirməyə çalışırlar ki, guya Azərbaycanda sabitliyin olmamadığını beynəlxalq aləmin gündəminə gətirə bilsinlər. Bu işdə onlara Leyla Yunuslar "müstəsna" xidmət göstərirlər. Ancaq onların İsmayıllı ssenarisi pozuldu. Yeni ssenari hazırlamağa çalışırlar. Bu məqsədlə Bakıda mitinqlər, qarşıdurmalar həyata keçirməyə çalışırlar. Sanki bu insanlar erməni xəstəliyinə tutulublar. Təxribatçı addımlar atırlar ki, polis və ya kimsə onlara əl qaldırsın. Bununla da guya hüquq müdafiəçilərinə, qadınlara hörmət olmadığını və gender bərabərliyinin pozulduğunu dünyaya car çəksinlər. Budur onların xalqa "xidmət" göstərmələri. Bundan əlavə Ştrasserin hazırladığı siyahı da Leyla Yunus kimilərinin təkidi ilə formalaşdırılmışdı. Sonradan məlum oldu ki, həmin siyahıda adları olanların əksəriyyəti Azərbaycanda yoxdur. Ştrasserin məğlubiyyətindən sonra onların biznesinə ciddi ziyan dəydi. Onlarda çalışırlar ki, bu bizneslərini bərpa etsinlər. Buna görə də polisi və digərlərini təxribata çəkməyə çalışırlar. İnanmıram ki, Azərbaycanın hüququ-mühafizə orqanları "qadın"ların provakasiyasına getsinlər. Amma bütün hallarda onlar təxribat etməyə hazırdır. Çünki onlar ermənilərdən aldığı tapşırıqları mütləq yerinə yetirməlidirlər. Qarşılarına qoyduqları məqsəd bundan ibarətdir".

Bütün xəbərlər Facebook səhifəmizdə