Mirzə Sakit AXCP sədrinə "casus" dedi

“Xalqın gözü tərəzidir, baxır kimin dalınca getmək lazımdır, kimin yox”
Mirzə Sakit AXCP sədrinə "casus" dedi

Mirzə Sakit dünən Facebookda paylaşdığı statusda "Azadlıq" qəzeti haqqında od püskürüb: "Mən 2009-cu ildə "Azadlıq" qəzetindən allahsızcasına uzaqlaşdırıldım. Məni 2 nəfərdən başqa aşkarda heç kim müdafiə etmədi. Amma bilə-bilə ki, o qəzet kimə məxsusdur, bunu deməyə cəsarət etmədilər. AXCP sədrindən tutmuş uzvülərinə qədər biri də ləbbeyk etmədi. Bu azmış kimi sonradan isə onlardan bəziləri sosial şəbəkələrdə mənim əleyhimə yazılar yazıb məni aşağıladılar, ələ saldılar və yazırdılar ki, Mirzə Sakit dilənçilik edir. Xalqın gözü tərəzidir, ona görə də xalq bilir kimin ardınca getmək lazımdir, kimin yox.

Qeyd edək ki, M.Sakit "Azadlıq" "qəzeti kimə məxsusdur və Əli Kərimli ləbbeylik etmədi" deməklə açıq-aşkar göstərir ki, bu qəzetin mahiyyəti bəlli deyil. Əgər belə olmasaydı Mirzə Sakit müdafiə olunardı. M.Sakit "ləbbeylik etmədi" deməklə əslində AXCP sədrinin də onu müdafiə etməməsinə Ə.Kərimlinin başqa qüvvələrə xidmət etdiyini səbəb kimi göstərir. Hətta AXCP sədri də onun tərəfini saxlamayıb.

Bu məsələ ilə bağlı "Azadlıq" qəzetinin keçmiş əməkdaşlarından biri ilə əlaqə saxladıq. Mənbə bildirdi ki, Ə.Kərimli ilə M.Sakit arasında da söz-söhbət elə "Azadlıq"ın kimə çalışdığı haqqda olub. Bu məsələdə Qənimət Zahid Ə.Kərimli tərəfindən təhdid olunduğundan o da qardaşına qarşı çıxıb.

M.Sakit "xalqın gözü tərəzidir, baxır kimin dalınca getmək lazımdır, kimin yox" deməklə də müxalifətin yararsız fəaliyyət göstərdiyindən xalqdan tamamilə kənar düşməsinə işarə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə