“Amnesty International” işçisi təşkilatın verdiyi bəyanatı təkzib etdi
"Bizdə hətta məhbuslara heç bir nömrə verilmir ki, "Amnesty International" kimi təşkilatlarla əlaqə saxlaya bilsinlər. Onlar yalnız dustaqxanadan yerli ofislərə məktub yaza bilərlər. Belə məktub gələndə isə biz onu nəzarətə ala bilmirik. Çünki həmin məktubu yazanın haqqında soruşanda sadəcə deyə bilərlər ki, bizim həbsxanalarda heç nə baş vermir, yazan isə dəlidir. Əgər biz məktubun həqiqi olmasına inanırıqsa, görə biləcəyimiz yeganə iş budur ki, yüngül araşdırmalar aparaq". Bu sözləri "Amnesty İnternational"ın Almaniya şöbəsinin əməkdaşı Aleksandr Boş deyib.
Aleksandr Boşun sözlərinə görə, Almaniyada insan haqları ilə bağlı problemlərin ən böyüyü polisə nəzarətdir: "Əgər hansısa aksiyada polis insanlara qarşı zorakılıqla yanaşırsa, onda ən birincisi, siz həmin zorakılığı dayandıra bilən heç bir polis tapmazsınız. Misal üçün, Ştutqartda iki il əvvəl keçirilən aksiyada, həmçinin, son illərin ən böyük yürüşü sayılan yürüşdə mərkəzi stansiyanın tikintisinə qarşı çıxan insanlar etirazlarını bildirirdilər. Aksiyanın iştirakçılarından biri bu günü "qara cümə axşamı" adlandırdı. Baxmayaraq ki, həmin yürüşə qatılanlar daha çox normal insanlar idi, nəinki, misal üçün, 1 may günündə keçirilən aksiyada. Lakin Ştutqartda baş verən hadisələr normal deyildi, çünki orada insanlar sadəcə stansiyanın tikintisinə qarşı çıxırdı və belə sərt münasibət onları ölkədəki polis haqda düşünməyə vadar edib".
Boş deyir ki, artıq iki aydır belə halların araşdırılması ilə məşğuldurlar: "Sosial sorğuları keçirəndə insanlar bizdən soruşurlar: axı niyə "Amnesty International" bizim kimi normal ölkədə fəaliyyət göstərir? Amma sonradan aşkar olunurdu ki, doğrudan da, Almaniyada polislə bağlı ciddi problemlər var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB