"Uzun müddətdir ki, Leyla Yunus Azərbaycanda oturaraq, Ermənistanın maraqlarını müdafiə edir. Onun indiyədək həyata keçirdiyi taktika ölkəmizi beynəlxalq aləmdə nüfuzdan salmağa xidmət edir". Bunu SİA-ya Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.
Deputatın sözlərinə görə, həmin insan Azərbaycanda demokratiyanın, plüralizmin, Vətəndaş cəmiyyətinin qurulması ilə bağlı gedən proseslərə qarşı qarayaxmalarla məşğul olub: "Bu insan daha çox siyasi məhbuslar ətrafında öz absurd missiyasını hazırlayaraq, beynəlxalq təşkilatlara göndərir və erməni diasporu vasitəsilə beynəlxalq aləmdə rolunu artırır. L.Yunusun indiyədək sülh və demokratiya uğrunda həyata keçirmək istədiyi missiya da məhz elə budur. Beləcə bu missiya da Azərbaycanın mənafeyinə və milli maraqlarına xəyanət kimi qələmə verilməlidir. L.Yunus Azərbaycan dövlətinə və xalqına qarşı hər zaman nifrət bəsləyib. Bu insan xarici havadarlarından aldığı mənfəət hesabına öz imkanlarını daha da genişləndirir. Əgər söhbət bu layihə çərçivəsində dialoqdan gedirsə, görəsən, burada hansı dialoq müzakirə predmeti ola bilər? Əgər ölkə prezidentləri, Xarici işlər nazirləri, ATƏT-in Minsk qrupu həmsədrləri səviyyəsində bu dialoq konkret olaraq heç bir nəticə vermirsə, axı nədən söhbət açıla bilər? Bu sadəcə olaraq köhnə bir bayatıdır".
F.Ağamalı deyib ki, bu gün Ermənistanda işğalçılıq siyasətinə haqq qazandırmaq üçün ziyalılar, siyasi və dövət adamları daridən-qabıqdan çıxırlar: "Leyla Yunus da onların sırasındadır və həmişə o missiyasını yerinə yetirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB