"Müxalifətdə hər kəsin vahid məqsədi var, vahid namizədi yox"

"Müxalifətdə hər kəsin vahid məqsədi var, vahid namizədi yox"

Bütün radikal müaxlifət partiyaları birləşsə belə seçkidə qalib gəlmək şansları sıfıra bərabərdir. Bunu SİA-ya açıqlamasında "Azadlıq Hərəkatçıları Birliyi" nin sədri Təhmasib Novruzov deyib.

Onun sözlərinə görə, radikal müxalifət partiyalarının birlikdə elektoratı seçicilərin 0.1 faizindən çox deyil: "Onların seçkilərdə vahid namizədlə çıxış etməsi qeyri-mümkündür. Bunu 1998-ci ildən bəri bütün seçkilərdə şahidi olmuşuq. Onların birləşə bilməməsinə səbəb ümumilli mənafelərinin olmamasıdır. Onları maraqlandıran yalnız şəxsi mənafeləridir. Şəxsi mənafe ümummili mənafeni üstələyən bir yerdə birləşmək fikri absurddur. Ümumən götürsək insanları əqidə, məslək və vahid bir məqsəd birləşdirə bilər. Müxalifətdə isə hər kəsin vahid bir məqsədi var. Bu da vəzifə tutmaq amalıdır. Belə olan təqdirdə onların seçkidə vahid namizədlə çıxış etmək məsələsi boş xülyadır. Bundan başqa destruktiv müxalifətdə təmsil olunan siyasi partiyalar və onların rəhbərlərinin iç üzü xalqa aydındır. Bu gün onların siyasi mübarizədə iştirak etmələri onların özlərinə düzgün qiymət verməməsinin nəticəsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə