Politoloq: “Freedom House”un hesabatı anti-azərbaycançı mərkəzlərin sifarişi ilə yazılıb” MÖVQE
Amerikanın "Freedom House" kimi təşkilatları və buna bənzər digər təşkilatlar beynəlxalq imperialist mərkəzlərin təzyiq qruplarıdır. Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu sözügedən təşkilatın ölkəmizlə bağlı hazırladığı son hesabata münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu təzyiq qrupları mənsub olduqları ölkələrin dövlət və milli maraqlarını həyata keçirmək üçün ayrı-ayrı ölkələri poliqon seçərək onlarda müxtəlif ideoloji, ictimai, siyasi, mənəvi təxribat formalaşdırırlar: "Çox təəssüflər olsun ki, sonda bunun adını demokratika kimi qələmə verirlər. Hələ XX əsrin görkəmli siyasi xadimi Uinston Çörçil deyib ki, "demokratiya bizim uzaq vuran silahımızdır. Biz bu silahla Avropadan kənardakı istənilən hədəfimizi dəqiqliklə vura bilərik". "Freedom House" beynəlxalq təşkilatı və buna bənzər digər istisamarçı demokratik təşkilatlar həmin o uzaq vuran demokratiya silahının patronlarıdır. Biz demişik ki, "Freedom House" anti-azərbaycançı mərkəzlərin sifarişini həyata keçirir və onun hesabatları qeyri-obyektivdir. Ancaq müxalifət qəzetləri və dağıdıcı radikal quruplarının başçıları hər zaman sözügedən bu təşkilata istinad ediblər. Bu təşkilat son hesabatında Dağlıq Qarabağı ayrıca siyasi-inzibati vahid kimi göstərir və oranı qismən azad region kimi təqdim edib. Azərbaycanı isə əksinə azad olmayan dövlətlər sırasında səciyyələndirir. Heç şübhəsiz ki, bütün bunlar kökündən yanlışdır və qərəzlidir. Beləcə həmin hesabat dünya erməniliyinin, anti-azərbaycançı mərkəzlərin sifarişi ilə yazılıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB