Hesab edirəm ki, Gültəkin Hacıbəylinin Milli Məclisdə deputat kürsüsündə əyləşməsi hələ onun millət vəkili olması anlamına gəlmir. Bunu SİA-ya Azadlıq Hərəkatçıları Birliyinin (AHB) sədri Təhmasib Novruzov keçmiş millət vəkilinin müxalifətin alətinə çevrilməsinə münasibət bildirərkən belə deyib.
AHB-nin sədrinin sözlərinə görə, bu cür insanların parlamentdə əyləşib özlərinə yer edəndən sonra müxtəlif fikirə düşməsinin yalnız bir kökü vardır: "Sadəcə olaraq bu insanlar siyasətdə uzaqa gedə bilməyənlədir. Bunlar yalnız başqalarının fikirlərini tutuquşu kimi əzbərləyib söylən, maddi təminatını ödədiyi qüvvələrin əlində istifadəyə yararlı alətə çevrilə bilən və buna həvəs göstərənlərdir. Bunlar yalnız Azərbaycanda mikroskopla problem axtarırlar. G.Hacıbəyli və onun kimi insanlar siyasətdən uzaq, bu sahədə fəaliyyət göstərməyə qadir olmayan şəxslərdir. Düşünürlər ki, İsa Qəmbər və yaxud Əli Kərimli hakimiyyətə gələcək və onlara da pay verəcəklər. Buna görə də indidən özlərinə məskən salmağa çalışırlar. Mən çox istərdim ki, bu kimi adamlar daha ağıllı mövqe tutsunlar. Ən azından siyasətdə bir sifətli olsunlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB