Hesab edirəm ki, bütün hallarda baş verən hadisələrlə bağlı ciddi tədqiqatlar aprılmalıdır. Görəsən, bu münasibətin arxasında nələr dayanır? Məncə bütün hallarda bu məsələlər tam araşdırılmalı və cəmiyyətə dolğun məlumat verilməlidir. Bunu SİA-ya Azərbaycan əsgəri Ceyhun Qubadovun müəmmalı ölümünə münasibət bildirən "Konstitusiya" Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.
Fond rəhbərinin sözlərinə görə, bu prosesdə təqsirli olan şəxslər mütləq şəkildə cəzalandırılmalıdır: "Hesab edirəm ki, ordumuzda bu kimi halların birdaha baş verməməsi üçün ciddi nəzarət sistemi tətbiq edilməlidir. Ordu müqəddəs olduğu üçün orduya münasibət də müqəddəs olmalıdır. Bununla belə orduda çalışan bütün funksionerlər, məmurlar da öz işlərinə məsuliyyətlə yanaşmalıdırlar. Axı, həmin şəxslərin öz övladları belə ordu da xidmət edir. Düşünürəm ki, əsgər-zabit, əsgərlərarası münasibətlərə yenidən baxılmalıdır. Heç də bütün hallarda nizamnamə qayadalarına əməl edilmir. Digər tərəfdən ön cəbhədə olan zabitlərimizlə bağlı məsələrə yenidən nəzər yetirilməli və ratasiya sistemi tətbiq edilməlidir. Belə ki, onlar bir müddət hərbi xidmətdə olduqdan sonra dəyişdirilməlidir. Həmin insanlar uzun müddət hərbi xidmətdə qaldıqları zaman, psixoloji durumlarında və davranışlarında müəyyən problemlər yaranır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB