Hər bir əsgər itkisi böyük bir ağrıdır

Hər bir əsgər itkisi böyük bir ağrıdır

Azərbaycan əsgəri Ceyhun Qubadovun ölümü mənə çox pis təsir etdi. Deyərdim ki, sarsıldım, gənc bir oğlanın və cəmisi 3 ay hərbi xidmətdən sonra dünyasını dəyişməyi böyük bir faciədir. SİA-nın xəbərinə görə, bu haqda millət vəkili Aydın Mirzəzadə məlumat verib.

Millət vəkili bildirib ki, bu tək o ailənin deyil, ümumilikdə hamının faciəsidir: "Əlbəttə, hər bir əsgərimizi qorumalıyıq, çünki onların hər biri bir ailənin nümayəndəsidir və hər biri gələcəkdə yaxşı vətəndaş olmağa hazırlaşır. Bununla belə, Azərbaycanın müharibə vəziyyətində olduğu və bu baxımdan həmişə ordunun bir nömrəli hazırlıq vəziyyətində olduğunu da nəzərdən qaçırmaq olmaz. Yəni düşmən hər an təxribata hazırdır.

Dünənki hadisədə ortada olan fakt əsgərin ölümündən sonra qalan şəkilləridir. Cəbhə xəttində çox təəssüf ki, müəyyən vaxtı müəyyən itkilərimiz olur. Həmçinin orduda qeyri-döyüş itkiləri təəssüf ki, olur. Dövlətdə bu hadisəyə ciddi reaksiya verdi. Prezident Administrasiyasının şöbə müdiri Məhərrəm Əliyevin açıqlamaları, bununla bağlı cinayət işinin açılması göstərir ki, dövlət hər bir əsgərinin olmasında maraqlıdır, hər bir faciəvi hadisəni ciddi sürətdə araşdırır. Onun hansı hadisədən baş verməsinə dair versiya irəli sürmək istəməzdim.

Məsələnin ciddi araşdırılmasının və cəmiyyətə hərtərəfli məlumat verilməsinin tərəfdarıdır. Çox istərdim ki, burada emosiyalar həqiqəti üstələməsin. Dünəndən sosial şəbəkəni izləyirəm və görürəm ki, müəyyən versiyanın həqiqət kimi qəbul etdirməyə çalışırlar və araşdırmanın nəticəsini gözləmədən kimlərsə ittiham edilir.

Və yaxud da bundan siyasi məqsədlər üçün istifadə etmək halları da kifayət qədər güclü gəlir. Hesab edirəm ki, bu gün məsələyə dair cinayət işinin açıldığını bilərək təhqiqatın nəticəsini gözləmək lazımdır. Bu gün əsgərin ölümü ilə bağlı hər birimiz onun ailəsinə baş sağlığı verməli və belə hadisələrin qarşısının alınması üçün dövlət tərəfindən ciddi addımları atılmasının da fərqini varmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə