"Hər dəfə bu xəbərləri eşidəndə ürəyim ağrıyır" MÜNASİBƏT

"Hər dəfə bu xəbərləri eşidəndə ürəyim ağrıyır" MÜNASİBƏT

Bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları müvafiq tədbirlər görürlər. Hətta ötən gün dövlət rəsmiləri səviyyəsində istintaqın obyektiv aparılacağı ilə bağlı müəyyən açıqlamalar oldu və fikirlər səsləndirildi. Bunu SİA-ya açıqlamasında Azərbaycan hərbçisinin müəmmalı ölümünə münasibət bildirən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, bu hadisə heç şübhəsiz ki, xoşagələn hal deyil: "Orada olan hər bir Azərbaycan gənci ölkənin milli genefondu və gələcəyidir. Beləcə, bu gənclərimizin hər hansı bir şəkildə və şəraitdə həyatlarını itirməyi bizə acı, dərd, kədər verir. Biz onsuz da kifayət qədər acılar içərisində yaşamışıq və bu gün də yaşayırıq. Onsuz da torpaqlarımızın 20 faizi ermənilər və onların havadarları tərəfindən işğal olunub. Mən hər bir Azərbaycan gəncinə qəhrəman kimi baxıram. Məhz buna görə də hər dəfə bu xəbərləri eşidilərkən ürəyim ağrayır. Amma bir gerçəklikdə ondan ibarətdir ki, bütün dünyada bu cür hallar baş verir. Çox təəssüflər olsun ki, bunun qarşısını almaq olmur. Əsas odur ki, baş verən hadisə ilə bağlı ədalətli araşdırma aparılsın".

Bütün xəbərlər Facebook səhifəmizdə