Levon ter Petrosyan siyasətdən getdi

Levon ter Petrosyan siyasətdən getdi

Erməni Milli Konqrensinin lideri Levon Ter-Petrosyan siyasətdən getdiyini açıqlayıb. SİA-nın verdiyi xəbərə görə, eks-prezident 2013-cü ilin fevral ayında keçiriləcək prezident seçkilərində namizəd olmayacağını bildirib.

Ermənistanın ilk prezidenti L.Petrosyan "Çorord inknişhanutyan" qəzetinə verdiyi son açıqlamasında erməni cəmiyyəti üçün maraqlı olan suallara aydınlıq gətirib: "Artıq 68 yaşım var. Hesab edirəm ki, gənc siyasətçilərin siyasi arenada olması daha məqsədə uyğundur".

L.Petrosyanın 2007-ci il 16 noyabr tarixində verdiyi açıqlamada isə bildirmişdi ki, partiya sədrliyinə seçildiyi təqdirdə aktiv siyasi politikaya son qoyacaq. Ancaq eks -prezidentin gənc siyasətçilərin qarşısını açmağa dair açıqlama verməsinə rəğmən Erməni Milli Konqrensinin seçkiləri boykot edəcəyinə dair bəyanatlar verir.

Erməni siyasətşünasların şərhlərinə görə, eks-prezident bu açıqlamasıyla siyasi kariyerasını tamamlamış və təqaüdə çıxmasını rəsmiləşdirmiş oldu.

Qeyd edək ki, 1991-ci ildə prezident seçilən L.Petrosyan seçkidə 83.4 faiz səs toplayıb. Prezidentliyi dövründə Qarabağ müharibəsi baş vermiş, 1994-cü ildə qatı millətçi Daşnakstyun partiyası bağlanmış, 1995-ci ildə keçirilən parlament, 1996-cı ildəki prezident seçkilərində seçkinin nəticələri saxtalaşdırılıb. 1996-cı ildə seçkilərdə məğlub olan Petrosyan bunu cəmiyyətə açıqlamaq istəsə də, müdafiə naziri Vazgen Sarkisyan ona əngəl olmuş və o vəzifəsinin icrasına davam etmişdi. 1998-ci ildə isə Qarabağ ətrafında aparılan danışıqlarda geri addım atacağı ilə günahlandırılan Petrosyandan müdafiə naziri Vazgen Sarkisyan, baş nazir Robert Koçaryan və daxili işlər naziri Serj Sarkisyan istefa etməsini tələb ediblər. Bütün bunlara tab gətirməyən prezident istefa vermişdi. 2008 və 2011-ci illərdəki seçkilərə qatılan Petrosyan iqtidara gələ bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə