Müxalif qüvvələr gözdənsalma kompaniyasına başlayıb

Zahid Oruc: "Onların Sevinc Babayeva üzərindən hakimiyyət əleyhinə kompaniyasına ehtiyac yoxdur"
Müxalif qüvvələr gözdənsalma kompaniyasına başlayıb

"Bu proses başlandığı vaxtdan etibarən aparılan siyasi kampaniyanın tərkib hissəsi olmaqla bərabər, çox məsuliyyətsiz yanaşmadır. Onlar baş verən hər bir hadisəni iqtidar üzərinə yönəltməklə 2013-cü il seçki və siyasi mübarizələri üçün əlverişli mühit formalaşdırmaq istəyirlər". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc E.Abdullayevin yaydığı məlum video ilə bağlı interpola axtarışa verilən və Türkiyədə vəfat edən Sevinc Babayevanın ölümündə hökumətin günahlandırılması ilə bağlı yerli mətbuatda yayılan informasiyalara münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, onlar bu müstəvidə gözdənsalma kompaniyası çərçivəsində özlərini Azərbaycan xalqının iradəsinə təqdim etməyə çalışırlar: "Lakin bu heç bir halda hüquqi xarakter daşıyan münasibət deyil, çünki bununla bağlı istintaq əməliyyat tədbirləri həyata keçirilmədən, ölümün hansı şəraitdə reallaşdığını bilmədən bu haqda heç bir şey demək düzgün deyil".

Z.Oruc qeyd edib ki, bu gün hər kəs onun ölümünə görə ailəsinə başsağlığı verir: "Ancaq hamıya da məlum idi ki, həmin insanın keçmişində kifayət qədər qaranlıq məqamlar olub və bir o qədər də təhlükəli anları olub. Bu məsələ ilə bağlı araşdırmalar aparılacaq. Bütün cəhətlər, tərəflər araşdırılacaq və yetərli məlumatlar veriləcək. Bu halda müxalif qüvvələrin Sevinc Babayeva üzərindən hakimiyyət əleyhinə kompaniyasına da heç bir ehtiyac yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə