Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə BANM tələbə özünüidarəetmə qurumunun təsis konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, konfransda çıxış sözü ilə açan BANM rektoru Elmar Qasımov bildirib ki, ölkə prezidentinin həyata keçirdiyi demokratik islahatlar və gənclər siyasəti gənclərin ölkənin ictimai-siyasi həyatında daha fəal iştirakını tələb edir: "Boloniya prosesinin əsas şərtlərindən biri tələbələrin ali məktəblərin idarə edilməsində yaxından iştirak etməsidir. Məhz buna görə də bu qərara gəldik ki, BANM-də bu qurumun yaradılması həyata keçirilsin. Bu, tələbələrə öz ideyalarını, layihələrini həyata keçirmək üçün verilən gözəl bir şansdır".
Daha sonra çıxış edən Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə bildirib ki, ölkədə uğurlu gənclər siyasəti həyata keçirilir və gənclərlə iş dövlət siyasətinin əsas tərkib hissəsidir: "Yeni yaranan təhsil ocağı üçün bu gün çox əlamətdar olacaq. Ölkədəki ali məktəblərin bir çoxu bu prosesə qoşulmayıb. Amma BANM Boloniya prosesinin bu şərtinə indidən əməl edir. BANM tələbələrinin əksəriyyəti ali məktəbə yüksək balla daxil olub. Ümid edirəm ki, həmin tələbələr təhsildə yüksək nailiyyətlər əldə etməklə bərabər, ölkədə gedən quruculuq işlərində, ictimai fəaliyyətdə də aktiv olacaqlar".
Tədbirdə iştirak edən millət vəkili Ceyhun Osmalı çıxışında bildirib ki, bu gün BANM-də yüksək səviyyədə təşkil olunmuş və demokratik əsaslarla keçirilən bu seçki ölkədə aparılan uğurlu gənclər siyasətinin nümunəvi göstəricisidir.
Konfransda çıxış edən ATGTİ sədri Şahin İsmayılov öz çıxışında əvvəlcə təsis konfransına qədər keçirilən prosedura qaydaları barədə ümumi məlumat verib. BANM-də tələbə özünüidarəetməq qurumunun təsisinin əhəmiyyətindən danışıb.
Daha sonra BANM tələbə özünüidarəetmə qurumunun sədri, fakultə sədrləri və yaradıcılacaq yeni tələbə qrumunun adı seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB