Bidzina İvanişvili Şəhidlər xiyabanını ziyarət edib

Bidzina İvanişvili Şəhidlər xiyabanını ziyarət edib

Bu gün ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Baş naziri Bidzina İvanişvili Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, "Əbədi məşəl" abidəsi önünə əklil qoyub.

Paytaxtın mənzərəsini seyr edən Gürcüstanın Baş nazirinə Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə