Gürcüstanın baş naziri Bidzina İvanişvili Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. SİA-nın verdiyi xəbərə görə, gürcü baş nazir İlham Əliyevə təbriklərini çatdırıb, cansağlığı, xoşbəxtlik və yeni nailiyyətlər arzulayıb: "Gürcüstan və Azərbaycanı bir-birinə dərin tarixi tellərlə bağlıdır. İki ölkə arasında münasibətlər dostluğa, hörmətə və qarşılıqlı dəstəyə əsaslanır. Gürcüstanın yeni baş naziri kimi əminəm ki, birgə səylərimizlə əlaqələrimizə yeni təkan verəcəyik və ölkələrimiz arasında strateji tərəfdaşlıq xalqlarımızın tərəqqisinə və rifahına, regionda sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verməklə keyfiyyətcə daha yüksək səviyyəyə qalxacaq. Sabah Bakıda keçirəcəyimiz ilk görüşü böyük səbirsizliklə gözləyirəm. Bu fürsətdən istifadə edərək münasib bildiyiniz vaxtda Sizi Tbilisiyə dəvət etmək istərdim. Zati-aliləri, bu düşüncələrimlə icazə verin ən yüksək ehtiramımı Sizə çatdırım".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB