"Gənc İstedadlar Dəstək Fondu" olaraq "Freedom House" təşkilatının hazırladığı hesabatı pisləyirik. Bunu SİA-ya açıqlamsında "Gənc İstedadlar Dəstək Fondu"nun rəhbəri Rütəm Sadıqzadə bildirib.
Onun sözlərinə görə, bu hesabat birtərəfli və qərəzli hazırlanıb: "Bundan öncə də Azərbaycana qarşı özünü hüquq müdafiə təşkilatları adlandıran qurumların belə qərəzli hesabatları hazırlanmışdı. Bu gün də bu proses çox təəssüf ki, davam edir. Nə üçün bu hesabatları hazırlayanlar bəyanatlarında Ermənistanı demokratiyanın mövcud olduğu dövlətlər siyahısına aid edirlər? Deməli hesabatlar qərəzli hazırlanır. Onlar unudurlar ki, bir neçə il öncə Ermənistan parlamentinə hücum çəkilərək parlament sədri və digər parlamentarilərin qətlə yetirilmişdi. Qeyd etmək istəyirəm ki, belə təşkilatlar unutmasınlar ki, müstəqil Azərbaycan böyük bir dövlətçilik tarixinə malikdir. Unutmamalıdırlar ki, müsəlman şərqində ilk demokratik respublika məhz Azərbaycanda yaradılıb. Bu gün böyük dövlətlərin bir çoxunda hələ də irqi ayrıseçkilik davam etməkdədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB