Sədaqət Vəliyeva: "Heydər Əliyev siyasəti yaşamalı və yaratmalıdır"

Sədaqət Vəliyeva: "Heydər Əliyev siyasəti yaşamalı və yaratmalıdır"

Azərbaycan gəncləri ulu öndərin miras qoyduğu yolu davam etdirir. Bunu SİA-ya açıqlamsında Yeni Azərbaycan Partiyası (YAP) Nizami Rayon Təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva bildirib.

Onun sözlərinə görə, Heydər Əliyev ideyaları davam etdikcə Azərbaycan uzun illər yaşayacaq: "Bu gün bütün Azərbaycan xalqı ulu öndərin anım gününü qeyd edir. Allah yerini behişt etsin. Bu gün gənclər ulu öndərin ideyalarının davamçılarıdır. Bu gün biz gənclər arasında böyük iş aparırıq. Biz YAP Nizami rayon təşkilatında "Heydər Əliyevi öyrənirik" məktəbi açmışıq. Bu yaxınlarda məzunlarımıza sertifikatlar verilib. Biz onları Heydər Əliyev siyasətini davam etdirən siyasətçilər kimi yetişdirməliyik. Bu bizim ümdə vəzifəmizdir. Çünki bu siaysət yaşamalı və yaratmalıdır. O zaman Azərbaycanda var olacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə