"Son zamanlar MDB sammitlərinin sayının artmasının başlıca səbəbi "Avronest" deyilən təşkilatın formalaşması ilə bağlıdır". Bunu SİA-ya politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, bu gün Aşqabadda keçirilən MDB dövlət başçılarının sammiti növbəti toplantılardan biridir: "Rusiya dövləti çalışır ki, Vahid Gömrük məkanına daxil olsun. Hələlik isə bura yalnız 3 dövlət daxil olur. Rusiya, Qazaxıstan və Belarusiya. Ola bilər ki, bugünki sammitdə Tacikistan və Qırğızıstan dövləti də bu sıraya qoşulsun. Bununla belə, Ermənistan tərəfi də buraya daxil olmaq arzusundadır. Azərbaycan isə bu məkana daxil olmağa yox deyir.
Burada dövlətlər arası sazişlərin imzalanması, razılaşdırılması, yaxud işçi qrupların olması məsələsi müzakirə edilə bilər. Həmçinin ticarət balansının yaxşılaşdırılması məsələsi də gündəliyə salına bilər".
Politoloq hesab edir ki, burada Dağlıq Qarabağla bağlı hər hansı məsələ müzakirə oluna bilməz: "Çünki Rusiya həmsədr kimi DQ problemini həll etmək istəsə, bunu çoxdan edərdi. Bu münaqişənin həll olunmaması Rusiyanın xarici siyasətinə əlverişli şərait yaradır və o Qərbin bura daxil olmasına maneçilik törədir. Yəqin ki, bu məsələ tezliklə həll edilə bilər. Əgər Rusiya Suriyanı Amerika (ABŞ) ilə dəyişsə, o zaman DQ məsələsi gündəmə gələ bilər. Bu tədbir ölkəmiz üçün heç bir şeylə yadda qalmayacaq, əksinə sıradan bir tədbir olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB