Artıq Avropa Şurasında da bizim nümayəndə heyəti məlumat yayıb ki, "Metsamor" Atom Elektrik Stansiyasının nüvə tullantıları işğal zonasında basdırılır. Hətta, həmin torpaqlar bizə qaytarılanda belə 20 il ərzində həmin torpaqların istifadəyə yarasız olacağı haqqında da ekspert rəyləri mövcüddur. Yəni bu şəkildə, MDB bir üzvü olan Ermənistan başqa bir üzv ölkəyə - Azərbaycana qarşı ekoloji terror siyasəti həyata keçirir. Bu fikirləri SİA-ya açıqlamasında Siyasi elmlər doktoru, politoloq Elman Nəsirli bildirib.
Politoloq qeyd edib ki, MDB ölkələri dövlət başçılarının sammitinin Türkmənistanın ev sahibliyi etməsi də təsadüfi deyil. Hesab edirəm ki, bu sammit bir sıra mühüm məsələrin müzakirəsi və mühüm qərarların qəbulu ilə yadda qalacaq. Sammitdə 20-ə qədər sənədin müzakirə olunacağı planlaşdırılır. Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi ilə bağlı bəyanat layihəsinin hazırlanması gündəmdədir. Həmçinin əsas məsələlərdən biri MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının fəaliyyəti haqqında məsələlər gündəmdə saxlanılacaq.
Eyni zamanda Sammit çərçivəsində 2013-cü ilin MDB-də "Ekoloji mədəniyyət və ətraf mühitin müdafiəsi" ili kimi qeyd olunması gözlənilir. Faktiki olaraq bu o deməkdir ki, 2013-cü ildə ekolofi təhlükəsizlik və ətraf mühitin qorunması ilə bağlı olan məsələlər bütün MDB məkanında prioritet məsələrədən biri olacaq. Aşqabad Sammitində də bu istiqamətdə konkret addımlaın atılması gözlənilir. Sammitdə bir sıra məsələlər bağlı birgə mübarizə məsələri də müzakirə olunması planlaşdırılır. Şübhəsiz ki, bu cür sammitlər MDB məkanında yığılıb qalmış problemlərin həlli yolları baxımından da mühüm əhəmiyyət kəsb edir. Dünyada gedən mürəkkəb proseslər bizim regionda da özünü çox kəskin şəkildə göstərir. Azərbaycan dövləti də belə tədbirlərdə ilk növbədə ərazi bütövlüyümüzlə bağlı olan məsələləri həmişə önə çəkir. Aşqabad Sammiti də bu baxımdan istisna təşkil etməyəcək.
Azərbaycanıın işğal altındakı torpaqlarında Ermənistan dövləti ekoloji terror siyasətini həyata keçirdiyini deyən Siyasi elmlər doktoru Elman Nəsirli bildirib ki, əgər gələn il ekoloji müdafiə məsələləri önə çəkilirsə məhz ermənilərin ekoloji terror siyasətinə qarşı da konkret addımlar atılmalıdır. Bu məsələyə də göz yumulacaqsa bu o demək olacaq ki, artıq ikili standartlar yenə də işə düşdü. Erməni ekoloji terroruna qarşı addımlar atılmaycaqsa biz 2013-cü ili MDB məkanında "ekoloji il" kimi qəbul edə bilmərik. Ancaq hesab edirəm ki, MDB görüşü aşqabad ümüumilkdə əhəmiyyətli olcaq.
Samir Feyruzov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB